Şrift ölçüsü:
A+
A
A-
Kr
13 İyun 2016

Vəkil öncə özünü bıçaqlayıb, sonra asdı

25 yaşlı vəkil İlyas Əliyevin asılmış meyidi Moskvanın Lefertovo rayonundakı kooperativ qarajda tapılıb. Məlumatı life.ru saytı yayıb. Məlumatda deyilir ki, onun bədəninə baxış keçirilərkən qarın nahiyəsində yara izi aşkarlanıb. Müstəntiqlər qətl və intihar versiyalarını araşdırırlar. "Avtomobil trosundan asılmış meyidi görən şahidlər polisə çağırılıblar. Onun qarnında dəri kəsikərinin izi olub", - deyə hüquq-mühafizə orqanlarındakı mənbə bildirib. Kriminalistlər isə deyiblər ki, İ.Əliyev canını meyit aşkarlanmamışdan üç saat əvvəl tapşırıbmış.

Rusiya İstintaq Komitəsinin Moskva İstintaq İdarəsi rəhbərinin böyük köməkçisi Yuliya İvanova jurnalistlərə bildirib ki, vəkil İlyas Əliyev əvvəlcə bıçaqla qarın nahiyəsinə zərbə endirib. Amma bıçaq zərbəsindən ölmədiyini görəndən sonra özünü asıb. İntihar faktı ilə əlaqədar cinayət işi açılıb, araşdırma aparılır. Məlumatda həmçinin bildirilir ki, vəkil İlyas Əliyev Dağıstan əsillidir./virtualaz/
396 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber