Şrift ölçüsü:
A+
A
A-
Kr
13 İyun 2016

Gavalının sağlamlıq üçün faydaları

Gavalı çox faydalı meyvədir. Gavalı bir çox vitaminlər (A, B qrupu, P), minerallar (kalium, kalsium, ftor, maqnezium, sink, yod, mis, sink), qidalı liflər, orqanik turşularla zəngindir.
Gavalı insan sağlamlığına çox müsbət təsir edir. Meyvənin faydaları arasında:
- "kumarin" maddələrlə zəngin olan gavalı damarları genişləndirir, damarlarda trombların əmələ gəlməsinin qarşısını alır.
- gavalı həmçinin P vitamini ilə zəngindir. Bu vitamin damarların sağlamlığı və elastikliyi üçün çox vacibdir. Gavalı damarları möhkəmləndirir, qan təzyiqinin tənzimləsinə kömək edir.
- qəbizlik zamanı müalicəvi təsir göstərir - bağırsaqların fəaliyyətini yaxşılardırır, bağırsaqları təmizləyir. Qəbizlik zamanı qara gavalı və qara gavalı qurusu müalicəvi məhsul kimi çox geniş istifadə olunur.
- gavalı orqanizmi ziyanlı maddələrdən təmizləyir, qanda xolesterinin səviyyəsini aşağı salır, aterosklerozun profilaktikasında istifadə olunur.
- sidikqovucu təsirə malik olan gavalı böyrəklər üçün çox faydalıdır.
- gavalı kaliumla olduqca zəngindir. Bu mineral ürək əzələsinin normal fəaliyyəti üçün çox vacibdir. Hipertoniya və ürək xəstəliklərindən əziyyət çəkənlər tez-tez gavalı və gavalı qurusu yeməlidir.
- gavalı maddələr mübadiləsi proseslərinə müsbət təsir edir.
- gavalı ödqovucu təsirə malikdir, öd kisəsində durğunluq proseslərini azalıdır.
- gavalı podaqra və revmatizmdən əziyyət çəkənlər üçün faydalıdır.
- "antosian" maddələrlə zəngin olan gavalı xərçəngəleyhinə təsirə malikdir.
- immuniteti möhkəmləndirir.
- sinir sistemi üçün faydalıdır.
- qanın tərkibini yaxşılaşdırır./Saglamolun/
448 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber