Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Dekabr 2013

“Müsəlman Qardaşlar” terror təşkilatı elan olundu

Misirin baş naziri Hazim Biblavi “Müsəlman Qardaşlar” Hərəkatı olduğunu elan edib. baş nazir bu qərarını təşkilat üzvlərinin Misirin Dəxaliyə bölgəsində polis bölməsinə həyata keçirdiyi hücum və partlayış törətməsi ilə izah edib. Baş nazir bildirib ki, “Müsəlman Qardaşlar” təşkilatı bir terror təşkilatı kimi Misirin təhlükəsizliyinə təhdid yaradır və qan tökməklə əsl sifətini göstərib.

Biblavi bildirib ki, hadisədə iştirak edənlər dərhal tutulub məhkəmə qarşısına çıxarılmalıdır: “Bu hücumu həyata keçirənlər cəzasız qalmayacaqlar”. “Şərq əl-Əvsat” agentliyinə müsahibəsində baş nazirin mətbuat müşaviri Şərif Şevki bildirib ki, baş nazir “qardaşlar”ın həyata keçirdiyi bu cür terror hadisələri hökumətin “yol xəritəsini” həyata keçirməsinə mane olmayacaq. Baş nazirin sözçüsü bildirib ki, terror hücumlarına baxmayaraq Misirdə referendum keçiriləcək və səsvermə baş tutacaq.

Xatırladaq ki, ötən gün Misirin Daxiliyyə vilayətində polis bölməsində baş verən terror aktı nəticəsində 14 nəfər ölüb, 140 nəfər insan isə yaralanıb. Qeyd edək ki, “Müsəlman Qardaşlar” Hərəkatı yarandığı ildən bu günə qədər müxtəlif illərdə qadağan olunub və təşkilat uzun illər gizli şəkildə fəaliyyətini davam etdirib.

KƏNAN/musavat
1451 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
04.12.16, 10:41
"Ma