Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Oktyabr 2013

İraqda teror aktlarını törədən 42 şəxs edam olunub

İraqda son bir həftədə 42 nəfər teror əməliyyatlarında təqsirləndirilərək edam edilib.

SalamNews-un əl-Məyadin telekanalına istinadla verdiyi xəbərə görə, İraqın Ədliyyə Nazirliyi təkcə son həftədə 42 nəfəri edam edib, onlardan biri qadındır.

İraq Ədliyyə Nazirliyinin rəsmi saytında bildirilib ki, teror aktlarının törədilməsində təqsirləndirilənlərin ittihamları tam şəkildə sübut edildikdən və prezident tərəfindən təsdiq edildikdən sonra onlar edam olunublar.

Xatırladaq ki, İraqda terora qarşı qanun layihəsi ölkə Konstitusiyasına bir ildir daxil edilib. İraq Konstitusiyasının 4-cü maddəsinə əsasən, terror aktını törədənləri və ona təşkilatçılıq edənləri edam gözləyir.

Təkcə dünən İraqın müxtəlif bölgələrində baş verən teror aktlarında 12 nəfər həlak olub və onlarla yaralanıb.
1625 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
02