Şrift ölçüsü:
A+
A
A-
Kr
14 İyun 2016

«Azərişıq»ın Cəlilabaddakı nümayəndəsi camaata qan uddurur

«Azərişıq»ın Cəlilabaddakı nümayəndəsi camaata qan uddururBaba Razyevin Aydın Məmmədovu İşıq İdarəsinə müdir təyin etməsinin arxasında maddi maraqların dayandığı ehtimalı var

Aydın Məmmədov bir zamanlar Lerikdə Elektrik Satışı İdarəsinin rəisi vəzifəsində çalışıb. Onun işlədiyi dövrdə Lerik camaatının başına hansı müsibətlər açdığını da bilməyən yoxdur. Elə onu Cəlilabada eyni vəzifəyə təyin edərkən leriklilər əlləri üzündə qonşu rayonunun camaatının halına acıyırdılar. Çünki Aydın Məmmədov Cəlilabad camaatının da başına turp əkməyə başlayacaqdı.

Cəlilabad Elektrik Satışı İdarəsinin rəisi Aydın Məmmədov həqiqətən də Lerikdə camaata uddurduğu qandan daha artığını indiki işlədiyi rayonun əhalisinin başına gətirir. Rayon əhli isə deyir ki, onlar belə müsibət görməyiblər. Adam nə Allah bilir, nə Peyğəmbər tanıyır, nə də imamları saya salır. Özü başına 5-6 adamı yığaraq qapı-qapı gəzib pul yığır. Yığmaq da nə yığmaq. 5 manat borcu olanın üzərinə ailə-uşaq yanında elə qışqırır ki, sanki kimsənin onun dədəsinə milyonlarla borcu var. Bu azmış kimi, vətəndaşları təhqir etməkdən də çəkinmir. Hətta bir neçə dəfə Cəlilabad sakinləri onu qapıdan yabayla, baltayla qovublar. Amman ə edəsən ki, vəziyyət dəyişmir.

Ötən günlərdə məlum olub ki, Aydın Məmmədov ciddi borca düşüb. Buna səbəb həm bir tərəfdən tikinti işinə qurşanması, həm yeyib-içdiyi restoranlara borclu qalması, həm də məişət texnikaları satan dükanlardan aldıqlarının pulunu ödəyə bilməməsidir. İşıq İdarəsinin müdiri də eləməyiö tənbəllik, bütün borclarını yazıb camaatın üzərinə. İndi sayğacda 15 manat göstərən rəqəm Aydın Məmmədov üçün 150 manatdır. Yəni, vətəndaş sayğacdakı rəqəmlə deyil, Məmmədovun təyin etdiyi məbləğlə pulu ödəmək məcburiyyətindədir.

Artıq vəziyyət o həddə çatıb ki, Cəlilabad camaatı İcra Hakimiyyətinə gedərək, Aydın Məmmədovdan necə canlarını qurtaracaqlarının formulunu öyrənməyə çalışırlar. Rayonun icra başçısı və bir çox səlahiyyətliləri də bildiriblər ki, onlar İşıq İdarəsinin müdirinə söz deyə bilməzlər. Çünki o, külli ixtiyar sahibidir. Hətta istəsə icra başçısının işığını da kəsər.

Eləbu səbəbdəndir ki, Cəlilabadda böyük əksəriyyət o fikirdədir ki, Aydın Məmmədovla «Azərişıq»ın rəhbəri Baba Rzayev arasında hansısa bağlantı var. Daha doğrusu, Aydın Məmmədov Baba Rzayevin boğazını necə yağlayıbsa, qarşı tərəf bütün şikayətləri bir kənara atıb, onu ikiəlli dəstəkləyir. Əks təqdirdə, Lerikin elektrik təsərrüfatını viran qoymuş, hazırda Cəlilabadda ciddi narazılıqlar yaradan bir idarə müdiri çoxdan işdən qovulmalıydı. Görünür, camaatın dediklərində həqiqət var./politika/
308 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
07.12.16, 10:47