Şrift ölçüsü:
A+
A
A-
Kr
14 İyun 2016

Ərdoğan Daşkəndə dəvət edilmədi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şanxay Əməkdaşlıq Təşkilatının Daşkənd sammitində iştirak etməyəcək.

Bunu jurnalistlərə açıqlamasında Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Rəşid Alimov söyləyib. Onun sözlərinə görə, Türkiyə ŞƏT-in dialoq üzrə tərəfdaşı olduğu üçün sammitə dəvət edilməyib.

Qeyd edək ki, Türkiyə 2013-cü ildə ŞƏT-in dialoq üzrə tərəfdaşı olub. ŞƏT-in Daşkənd sammiti 22-24 iyunda keçiriləcək./axar/
289 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber