Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Dekabr 2013

Moskvada güllələnən həmyerlilərimizin kimliyi açıqlandı

Rusiya paytaxtında dekabrın 24-də güllələnən Azərbaycanda doğulmuş Rusiya vətəndaşlarının kimliyi və hadisənin təfərrüatları məlum olub
Hadisə paytaxtın cənubundakı Lyublino rayonunda baş verib. Naməlum şəxslərdən biri avtomobilin qarşısını kəsib, onlar odlu silahdan atəş açaraq hadisə yerindən qaçıblar. Nəticədə avtomobildəkilərdən biri ölüb, digəri yaralanıb. Rusiya mətbuatı qətlə yetirilən və yaralanan şəxslərin azərbaycanlı olduğu barədə məlumat yayıb.

Azərbaycan Daxili İşlər Nazirliyinin Rusiyadakı nümayəndəsi, polis polkovniki Eldar Səmədov APA-ya açıqlamasında hadisənin təfərrüatları barədə danışıb. O, qətlə yetirilən və yaralanan şəxslərin Azərbaycanda doğulduqlarını bildirib:

“Hadisə dünən saat 14:47 radələrində Moskvanın Lyublino rayonunda baş verib. Tixoretski bulvar küçəsində qara rəngli “Skoda Octavia” və BMW markalı avtomobillər “Chevrolet Cruze” markalı avtomobilin qabağını kəsib. “Skoda Octavia” və BMW-dən düşən 5 nəfər tibbi maskalı şəxs “Chevrolet Cruze”dakı şəxslərə odlu silahdan atəş açmağa başlayıb. Nəticədə başından güllə yarası alan şəxs, 1964-cü ildə Azərbaycanda doğulmuş Yuşayev Binlyak Sergenoviç ölüb, onun sərnişini, 1970-ci ildə Azərbaycanda anadan olmuş Yuşayev Vitali Yakuboviç isə yaralanıb. Maskalı şəxslər gəldikləri BMW-ni hadisə yerində qoyaraq digər maşınla hadisə yerindən qaçıblar. Rusiya hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində maskalı şəxslərin idarə etdiyi “Skoda Octavia” paytaxtın Stavropolsk küçəsində tapılıb. Həmin avtomobilin 2013-cü ilin avqust ayında qaçırıldığı məlum olub. Hadisəni törədən şəxslərin axtarışı isə davam edir”.

Rusiya mətbuatı Yuşayevlərin qardaş olduqlarını yazsa da, onların əmioğlu olduqları bildirilir. Faktla bağlı cinayət işi açılıb araşdırma aparılır.
1528 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı