Şrift ölçüsü:
A+
A
A-
Kr
14 İyun 2016

İslamçı məhbuslar amnistiya aktından yararlana bilməyəcəklər - SƏBƏB

Xəbər verdiyimiz kimi aabah 28 May – Respublika günü münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisin (MM) qərarı qüvvəyə minəcək.

İslami Cameəni son günlər bu amnistiyada hansı islamçı məhbusun azad ediləcəyi sualı düşündürür. Yəni 3500 azad olunan mhbusların içində tanıdığımız və ya tanımadığımız islamçı məhbuslar olacaqmı?
Amnistiya aktının şərtlərinə görə, aşağıdakı məhbuslar azad edilə bilməzlər:

Bu Qərarın 2-5-ci hissələri aşağıdakı şəxslər barəsində tətbiq edilməsin:

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.4 və 15.5-ci maddələrində nəzərdə tutulmuş ağır və xüsusilə ağır cinayətlərə, həmçinin Cinayət Məcəlləsinin 101, 115.1, 122.2, 124.2, 125, 127.2, 133.2, 136.3, 137, 138.2-138.4, 139.2, 140.2, 140.4, 141.4, 142.3, 145.2, 146.2, 150.1, 151, 152, 153.2, 153.3, 159.4, 162.2, 167-1.3, 167-2.2, 168.2, 168-1.3, 170.1, 170.2, 171.1, 171-1.1, 172, 176-1.2, 177.2, 178.2, 179.2, 182.1, 184.3, 185.2, 186.2, 188.3, 189-1.4, 192.2, 192-1.3, 193.2, 193-1.1, 194.2, 195.2, 196.2, 199.2, 200.4, 200-1.3, 200-2.3, 201.2, 202-2.1, 203-1.1, 204.1, 205, 206.1, 206.2, 208.2, 213.2, 213-1.2, 214-2, 220.2, 221.2, 221.3, 222.2, 222-1.3, 222-2.2, 223.2, 224, 224-1, 224-2, 225.2, 227.1, 227.2, 228.1, 228.2, 229.1, 229.2, 232.1, 233, 233-1.1, 234.2, 234.3, 235.1, 235.2, 236.1, 238.1, 240.1, 240.2, 243.2, 244.2, 244-1.2, 245, 247, 248.2, 250.3, 251.3, 252.3, 253.2, 254.3, 256.3, 258.3, 259.2, 260.2, 262.2, 263.2, 263-1.1, 263-1.2, 265.2, 265-1.2, 266.2, 267.3, 268.2, 271.3, 272.3, 273.4, 281.1, 283, 283-1.4, 284.1, 284-1, 285, 288.1, 288.3, 290, 291, 292.2, 292.2-1, 294.2, 294.3, 295.1, 297.2, 299.3, 299.4, 301.2, 302.2, 302.3, 304.2, 306, 307.3, 308-1.2, 309.2, 312.1, 312-1, 314.2, 314-1.1, 314-2.2, 314-3.2, 314-3.3, 315, 316.2, 316-1.3, 317.1, 317.2, 317-1.2, 318.2, 318-1.2, 319.2, 321.2, 328.2, 330.2, 331.3, 332.2, 333.4, 333.5, 334.1, 335.2, 336, 338.2, 339.2, 340.2, 341.2, 342.2, 344.1, 346.1, 348.2, 349, 350.2, 351.2, 352.1 və 353.1-ci maddələrində, habelə “Korrupsiyaya qarşı mübarizə ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2006-cı il 7 aprel tarixli, 92-IIIQD nömrəli Qanunu ilə sanksiyaları ağırlaşdırılanadək Cinayət Məcəlləsinin 308.2 və 311.1-ci maddələrində, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli, 405-IVQD nömrəli Qanunu ilə sanksiyası ağırlaşdırılanadək Cinayət Məcəlləsinin 296.2-ci maddəsində nəzərdə tutulmuş cinayətlərə görə məhkum olunmuş şəxslər, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 19 aprel tarixli, 610-IVQD nömrəli Qanunu ilə sanksiyası ağırlaşdırılanadək Cinayət Məcəlləsinin 144-2.2-ci maddəsində nəzərdə tutulmuş cinayətlərə görə məhkum olunmuş şəxslər, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 6 mart tarixli 1231-IVQD nömrəli Qanunu ilə sanksiyası ağırlaşdırılanadək Cinayət Məcəlləsinin 284.2-ci maddəsində nəzərdə tutulmuş cinayətlərə görə məhkum olunmuş şəxslər, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 5 aprel tarixli 184-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 199-cu maddəsi yeni redaksiyada verilənədək həmin Məcəllənin 199.3-cü maddəsində nəzərdə tutulmuş cinayətə görə məhkum olunmuş şəxslər;
2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 7-1-ci maddəsində nəzərdə tutulmuş ağır cinayətlərə, habelə həmin Məcəllənin 69-cu maddəsinin ikinci hissəsi, 93-5-ci maddəsinin birinci hissəsi, 93-6-cı maddəsinin birinci hissəsi, 93-9-cu maddəsinin ikinci hissəsi, 100-cü maddəsinin birinci hissəsi, 113-cü maddəsinin ikinci hissəsi, 114-cü maddəsinin dördüncü hissəsi, 120-ci maddəsinin ikinci hissəsi, 126-cı maddəsi, 171-ci maddəsinin birinci hissəsi, 178-ci maddəsinin ikinci hissəsi, 185-ci maddəsi, 208-ci maddəsinin ikinci və üçüncü hissələri, 220-ci maddəsinin birinci və üçüncü hissələri, 229-cu maddəsinin birinci hissəsi, 241-ci maddəsinin “q” bəndi və 255-1-ci maddəsinin “v” və “q” bəndlərində nəzərdə tutulmuş cinayətlərə görə məhkum olunmuş şəxslər;
“Qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə və digər məcəllələrinə dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının 1998-ci il 7 aprel tarixli, 463-IQD nömrəli Qanunu ilə 2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikasının Cinayət Məcəlləsindən çıxarılmış 83-cü maddəsinin üçüncü və dördüncü hissələri, 88, 88-1, 91-ci maddəsinin ikinci və üçüncü hissələri, 143-cü maddəsinin üçüncü və dördüncü hissələri, 145, 147-ci maddəsinin üçüncü hissəsi, həmçinin “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə bəzi dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 1996-cı il 29 may tarixli, 90-IQD nömrəli Qanunu ilə 2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikasının Cinayət Məcəlləsindən çıxarılmış 60 və 65-ci maddələrlə məhkum olunmuş şəxslər;
Maddi ziyanı tam ödəməmiş şəxslər;
Xüsusilə təhlükəli residiv yaradan cinayətlərə görə məhkum olunmuş və ya 2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinə əsasən xüsusi təhlükəli residivist hesab olunmuş şəxslər;
1991-ci il oktyabrın 18-dən sonra amnistiya və ya əfvetmə aktları ilə cəzaçəkmə müəssisələrində azadlıqdan məhrum etmə cəzasını çəkməkdən azad olunmuş və yenidən qəsdən cinayət törətmiş şəxslər;
Cəzaçəkmə müəssisələrində və ya intizam xarakterli hərbi hissədə cəza çəkərkən qəsdən cinayət törətmiş şəxslər.
AİP lideri Mövsüm Səmədov və onunla həbs olunanların işində amnistiya tətbiq olunmayan cinayət məcəlləsinin bu maddələrindən 228 və 214.2-ci maddələri;
Abgül Süleymanovun 234.2, 228, 233-cü maddələri;
Jurnalist Araz Quliyev və Masallı dindarları - 228, 233 maddələri;
Jurnalist Nicat Əliyev və onunla birlikdə həbs olunanlar - 167-2.2 və digər maddələr;
5 oktyabrda keçirilən "Hicaba azadlıq" aksiyasında həbs olunanlar 233-cü və 315-ci maddələri;
Nuhbala Rəhimov -228-ci maddəsi; olduğuna görə bu amnistiya aktından yararlana bilməyəcəklər.
Elşən Mustafayev və Ceyhun Cəfərova məhkəmə hökm oxunmadığına (çünki məhkum hökm verilənlərə deyilir) və ittiham olunduqları maddə ağır olduğuna görə; Nardaran olayları zamanı həbs olunanların həm ittiham olunduqları maddələr, həm də, istintaqları davam etdiyinə görə amnistiya aktı barələrində şamil edilməyəcək./İslamazeri/
321 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu