Şrift ölçüsü:
A+
A
A-
Kr
15 İyun 2016

Türkiyə rəsmisi: “Qırıcının Rusiyaya aid olduğunu bilməmişik”

Türkiyə baş nazirinin yardımçısı, hökumət sözçüsü Numan Kurtulmuş iftar süfrəsində jurnalistlərlə bir araya gəlib.

N.Kurtulmuş jurnalistlərin Rusiya ilə münasibətlərə dair suallarını cavablandırıb.

"Rus uçağının vurulması ilə bağlı ilk gündən mövqeyimizi açıq şəkildə bəyan etdik. Bildirdik ki, bunu qəsdən etməmişik. Prezident Ərdoğan bildirdi ki, əgər qırıcının kimə məxsus olduğu bilinsəydi, nəticə başqa cür olardı. Nə Türkiyə Rusiyadan, nə Rusiya Türkiyədən vaz keçə bilməz. Bu qədər dərin əlaqələri olan iki qonşu ölkə arasında münasibətlər normallaşmalıdır. Hesab edirik ki, cənab prezidentin məktubundan sonra münasibətlər yaxşılaşacaq. Amma bizim Suriya məsələsində Rusiya ilə fikirayrılığımız davam edir. Əsas iki ölkə arasında sülhün yaradılmasıdır. Ümid edirəm ki, Rusiya tərəfindən də uyğun siqnal gələcək", deyə N.Kurtulmuş bildirib./teleqraf/
247 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat