Şrift ölçüsü:
A+
A
A-
Kr
15 İyun 2016

Çovdarovun ürəyi- general qəfil “ölə bilər”

Həkim onun ürək xəstəliklərini qəfil həbsdən doğan qorxudan tapdığını istisna etmir

Ləğv edilmiş MTN-də Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi, general Akif Çovdarovun əziyyət çəkdiyi xəstəliklərin siyahısı üzə çıxıb. Məlum olub ki, odioz general növbənöv ürək xəstəliklərindən əziyyət çəkir. İllərlə adı sahibkarların qorxulu yuxusuna çevrilən, iş adamlarının əzazil qənimi olan bir şəxsin həbsə düşən kimi ürək xəstəlikləri tapması bir çox suallar doğurur.

A.Çovdarovun adı bir sıra ağır cinayətlərdə hallanır. Onun vəkili Sadiq Rəsulov deyib ki, Akif Çovdarovun səhhətində ciddi problemlər var: “Akif Çovdarova ürəyin işemik çatışmazlığı, ürəyin ritmik pozğunluğu, ürək aritmiyası kimi diaqnozlar qoyulub. Bunlar rəsmi diaqnozlardır”./musavat/
343 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:24