Şrift ölçüsü:
A+
A
A-
Kr
15 İyun 2016

QƏDR GECƏSİNDƏ "YOUTHVİSİON” MAHNI MÜSABİQƏSİ KEÇİRİLƏCƏK

Azərbaycan mədəniyyətinə yad olan mahnı müsabiqəsi nə üçün "QƏDR GECƏSİ" ərəfəsində keçirilir? 

Küllü miqdarda pul xərcləyərək müsəlman xalqımıza yad mahnı müsabiqəsinin keçirilməsinin iqtisadi böhran yaşayan millətimizə nə faydası var? Bundan öncə Eurovision mahnı müsabiqəsi üçün göyə sovrulan pulların hesabı sorulmadığı üçün yenidən - CƏBHƏ BÖLGƏSİNDƏ demək olar hər gün şəhid verdiyimiz günlərdə - xalqımıza heç bir faydası olmayan mahnı müsabiqəsinə ev sahibliyi etmək məcburiyyətindəyik.

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və Gənclər və İdman Nazirliyi gənclərimizin VƏTƏNPƏRVƏR ruhiyyəsini gücləndirmək əvəzinə, onları məhvə doğru sürükləyirlər. 

Torpağının 20 faizi 26 ilə yaxındır ki, erməni işğalçılarının ayaqları altında inildəyən MİLLƏTƏ mahnı müsabiqəsi yaraşarmı? 

AZƏRBAYCAN XALQINA BU QƏDƏR XƏYANƏT ETMƏK OLARMI?






777 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı