Şrift ölçüsü:
A+
A
A-
Kr
15 İyun 2016

Ayətullah Xamenei ABŞ-ı hədələdi: “Nüvə sazişi odda yandırılar”

“ABŞ-ın növbəti prezidenti ötən il dünya gücləri ilə imzalanmış nüvə sazişini cırarsa, İran bu sənədi odda yandırar”.

Bu sözləri Ali Dini Lider Ayətullah Seyid Əli Xamenei bildirib. İyunun 14-də Ayətullah Xameneinin rəsmi saytında dərc olunmuş bu sözlərin Donald Trampa ünvanlandığı görünür. Republikaçılardan prezidentliyə potensial namizəd olan irqçi Tramp nüvə sazişini “katastrofik” adlandırıb və ona yenidən baxacağını bildirib.

Ayətullah Xamenei həmçinin Birləşmiş Ştatları bank və sığorta sektorunda sanksiyaları qaldırmağı yubatmaqda ittiham edib: “Amerikalılar öhdəliklərinin vacib hissəsini yerinə yetirməyiblər”.

İrana qarşı iqtisadi sanksiyalar yanvarda qaldırılıb. Ancaq ABŞ-ın qadağalarını pozmaqdan qorxan banklar hələ də əməkdaşlığa getmirlər.
537 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
19.02.18, 19:12
Suriya ordusu Afrinə girir
18.02.18, 11:14
Yaşıl çay için
17.02.18, 16:42
Suriya ordusu Afrinə girdi
17.02.18, 09:43
“Vatsap”da yenilik
Go to TOP