Şrift ölçüsü:
A+
A
A-
Kr
15 İyun 2016

Fransada 43 rusiyalı azarkeş saxlanıldı –29 nəfər deportasiya olundu

Fransa rəsmiləri 43 rusiyalı futbol azarkeşinin saxlandığını bildirir. Onlar Avro 2016 futbol çempionatı zamanı toqquşmalarda şübhəli bilinir.

Həmin ruslar Rusiya komandasının Lil şəhərində növbəti oyununa gedərkən, Fransanın cənubunda avtobusda saxlanılıblar.

Hökumət rəsmisi Adolf Kolrat iyunun 14-də deyib ki, müstəntiqlər bu azarkeşlərin ötən həftə Marseldəki zorakılıqlarda iştirak etməsinə dair “dəqiq informasiya”ya malikdir. 29 azarkeş isə Fransadan deportasiya olunub. Rusiya Azarkeşlər Birliyinin rəhbəri Aleksandr Shprygin onların heç bir qanunu pozmadıqlarını deyib.

İyunun 11-də rus və ingilis azarkeşlər toqquşub, azı 35 nəfər xəsarət alıb.
402 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber