Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Dekabr 2013

Nicat Əliyev bəraət istəyir

Bakı Ağır Cinayətlər Məhkəməsinin dini fəal, jurnalist Nicat Əliyevə çıxardığı hökmdən apellyasiya şikayəti veriləcək. Dekabrın 25-də "Media forum" saytına danışan vəkil Yalçın İmanov bildirib ki, məhkəmənin qərarını götürüb: "Artıq apellyasiya şikayəti hazırdır, dekabrın 27-də təqdim olunacaq. Nicat Əliyevə bəraət verilməsini, işi aparan Yasamal Rayon Polis İdarəsinin müstəntiqi Canəli Nuriyev və Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin müstəntiqi Mehdi Mirzəyev, həmçinin Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Zeynal Ağayev barəsində xüsusi qərarın çıxarılmasını istəmişik".

Vəkil Nicat Əliyevin həbs olunarkən üstündən və evindən götürülən əşyaların hələ də geri qaytarılmadığını deyib: "Məsələ ilə bağlı həm Yasamal Rayon Polis İdarəsinin müstəntiqinə, həm də Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin müstəntiqinə müraciət etmişəm. Amma heç bir cavab verilməyib. Bilmək istəyirik ki, nə səbəbə həmin əşyalar geri verilmir. Qanunun tələbinə görə, əşyalar sahibinə qaytarılmalıdır".

Nicat Əliyev Bakı Ağır Cinayətlər Məhkəməsinin 9 dekabr hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilib. Dini fəal şərlənərək narkotik vasitə saxlama; müvafiq razılıq olmadan dini təyinatlı ədəbiyyatı, əşyaları və dini məzmunlu başqa məlumat materialları yayma; hakimiyyətin zorla ələ keçirilməsinə, Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn açıq çağırışlar; milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması kimi hərəkətlərdə ittiham olunur.
1554 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı