Şrift ölçüsü:
A+
A
A-
Kr
15 İyun 2016

İraqda İŞİD-ə ağır zərbə

İraq ordusu İŞİD terror təşkilatının əlində olan Fəllucə anbarına nəzarəti təmin edib.

Bu barədə “Anadolu” agentliyinə İraq federal polis rəisi general-leytenant Raid Şakir Cövdət bildirib.

O, Fəllucə anbarı ilə yanaşı anbarın yaxınlığındakı Eş-Şakak bölgəsində nəzarətin təmin edildiyini və hər iki bölgəyə İraq bayrağının sancıldığını deyib.

Qeyd edək ki, İraq ordusu, polis gücləri, şiə döyüşçülərdən ibarət “Həşd Şəbi” qruplaşması və sünni tayfaları mayın 23-də Anbar vilayətinə bağlı Fəllucəni azad etmək üçün birgə əməliyyata başlayıb.

Fəllucə 2014-cü ilin yayında İŞİD-in əlindədir. Sünnilərin yaşadığı Fəllucə İraqda Mosuldan sonra İŞİD-in əlində olan ikinci böyük şəhərdir.
332 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber