Şrift ölçüsü:
A+
A
A-
Kr
16 İyun 2016

Eldar Mahmudovun halı pisləşdi

Hər gün həbs olunmaq qorxusu altında yaşayan sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun yaşadığı bağ evində üstünə təcili tibbi yardım gəlib. Bu axşam sabiq nazirin qəfil ürəktutması baş verib, nəbzi yüksəlib. Halı pisləşən Eldar Mahmudova ilkin tibbi yardım göstərilib. Hazırda vəziyyəti yaxşı deyil.

Yaxın ətrafı həbs edildikdən sonra hər gün qorxu-stress içində yaşayan Eldar Mahmudov düşdüyü durumdan içki vasitəsi ilə çıxmağa çalışır: “Onu tanıyanlar bilir ki, o hər zaman içkiyə meyilli adam olub. Son zamanlar isə içkinin sayını çoxaldıb. Demək olar ki, hər gün spirtli içki içir. Bu da onun səhhətində ciddi fəsadlar verir”.

Onu da qeyd edək ki, Eldar Mahmudov hələ bir neçə ay əvvəl dindirməyə aparılarkən maşında səhhəti pisləşmişdi. Onun ürəyində ciddi problemin olduğu deyilir.


Milli təhlükəsizlik naziri olduğu zaman ərzində “kəsdiyi başa” sorğu olmayan Eldar Mahmudov hazırda həbs təhlükəsi qarşısındadır./Gununsesi/
271 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 10:24