Şrift ölçüsü:
A+
A
A-
Kr
16 İyun 2016

“Bir gün xalqımızın da öz “qurtuluş” günü olacaq!”

Əli Kərimli: “Qurtuluş” adı altında Azərbaycanda hakimiyyətin qəsb edilməsinin başlandığı günü qeyd edirlər”

AXCP sədri Əli Kərimli indiki hökumətin iyunun 15-ni, 1993-cü ildə Heydər Əliyevin Naxçıvandan Bakıya qayıtdığı günü “Qurtuluş günü” adı ilə rəsmi bayram səviyyəsinə qaldırmasına münasibət bildirib. AXCP lideri bu barədə feysbuk səhifəsində yazıb:

“Gün onların günü, bayram onların bayramıdır. “Qurtuluş” adı altında Azərbaycanda hakimiyyətin qəsb edilməsinin başlandığı günü qeyd edirlər. Özlərinə görə haqsız da sayılmazlar. O gün başlanan proses bir ailənin qeyri-məhdud səlahiyyətlər ələ keçirməsilə nəticələndi. Tam 23 ildir ki, ölkəni bir ailə idarə edir. O günə qədər heç kim olanlar sonradan oliqarx olub xalqın milyardlarına sərəncam verdilər. Özlərini xalqa deyil, xalqı özlərinə borclu bilirlər. Bundan sonra daha nə qədər hakimiyyətdə qalmağı da xalqdan soruşmaq fikirləri yoxdur. Bax, bu qeyri-məhdud hakimiyyəti və sərvətləri ələ keçirmələrini bayram edirlər.
Əlbəttə, bu cəzasızlığın, məsuliyyətsizliyin, talanın da sonu gələcək. Xalqımız mübarizə ilə qolundakı buxovlardan azad olacaq, öz haqqına, hüququna, sərvətlərinə, dövlətinə sahib çıxacaq. Bir gün xalqımızın da öz “qurtuluş” günü olacaq!”
334 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
Go to TOP