Şrift ölçüsü:
A+
A
A-
Kr
16 İyun 2016

Rusiyada azərbaycanlıların saxta nikahları

Azərbaycanlılar Rusiyada qeydiyyata düşmək üçün qızlarla müvəqqəti nikaha girirlər.

Ans-in məlumatına görə, hadisə Ulyanovsk vilayətində baş verib. Ulyanovskda yoxlamalar miqrasiya qanunvericiliyinin tələblərinə əməl edilməsində bir sıra qanun pozuntuları aşkarlanıb. İki Azərbaycan vətəndaşı Rusiya Federasiyası ərazisində müvəqqəti yaşamaq üçün saxta nikah bağlayıb.

Həmyerlilərimiz bu imkanı Ulyanovsk vilayətinin Dimitrovqrad şəhəri üzrə VVAQ idarəsinin şöbəsində qeydiyyatdan keçdikdən sonra alıblar. Onlar həmin şəhərin iki xanımı ilə saxta nikaha giriblər.

Rayon prokurorluğu aşkar edib ki, nikaha girənlər nə əvvəl, nə də sonra bir yerdə yaşayıblar. Ümumiyyətlə, onları bir-birinə heç nə bağlamır, bu nikahdan heç onların övladları da yoxdur.

Aşkar edilmiş "pozuntularla" əlaqədar Ulyanovsk vilayətinin Melekessov rayon prokuroru məhkəməyə rus qızları və Azərbaycan oğlanları arasında etibarsız nikahlarla bağlı iddia ərizəsi göndərib.
310 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi