Şrift ölçüsü:
A+
A
A-
Kr
16 İyun 2016

“AZƏRBAYCAN “FORMULA 1″ə GÖRƏ 80 MİLYON ÖDƏYİB!”

Dünyaca məşhur ispan nəşri “Marca” bu gün Bakıda bu həftəsonu keçiriləcək Formula 1 Avropa Qran-Prisi barədə məqalə dərc edib. Qəzet Azərbaycanın bu yarışı keçirmək hüququna yiyələnmək üçün 80 milyon avro ödədiyini iddia edib.
“Marca” həmçinin qeyd edir ki, ispaniyalı sürücü Fernando Alonsoya bizim Qran-Prininin səfiri olmaq üçün 2 milyon avro ödənəcək.
Məlum olduğu kimi, Azərbaycan və bossu Berni Ekklstoun olan Formula 1 arasındakı müqavilənin dəyəri kommersiya sirridi və rəsmi açıqlanmır.
“Marca” hesab edir ki, Avropa Qran-Prisinə sərf olunan pulların bir hissəsini geri qaytarmaq mümkün olmayacaq. Nəşr nümunə kimi, Avropa Qran-Prisininin keçirildiyi digər şəhər – Valensiyanı göstərib.
Bakıdakı yarışlar 17-19 iyun tarixlərində keçiriləcək./rekord/
1209 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 00:39