Şrift ölçüsü:
A+
A
A-
Kr
16 İyun 2016

​İranın şimal-qərbində bir neçə terrorçu məhv edilib

İranın təhlükəsizlik qüvvələri ölkənin şimal-qərbində bir neçə terrorçunu məhv edib. "Report" xəbər verir ki, bu barədə "İslam İnqilabı Keşikçiləri" Korpusunun quru qüvvələrinin briqada generalı Məhəmməd Pakpur xəbər verib.
Onun sözlərinə görə, İran ərazisinə daxil olmağa çalışan iki terrorçu qruplaşma ilə "İslam İnqilabı Keşikçiləri" Korpusunun quru qüvvələri arasındakı toqquşmalar İraqla həmsərhəd Aşnuye rayonunda "Həmzə Seyid əl-Şühəda" bazasında baş verib. Əməliyyatlar nəticəsində bir neçə yaraqlı məhv edilib.
General bildirib ki, öldürülənlərin sayı dəqiqləşdirilməyib. Sağ qalmış terrorçuların təqib olunması əməliyyatı davam edir.
454 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
19.02.18, 19:12
Suriya ordusu Afrinə girir
18.02.18, 11:14
Yaşıl çay için
17.02.18, 16:42
Suriya ordusu Afrinə girdi
17.02.18, 09:43
“Vatsap”da yenilik
15.02.18, 12:08
Zil-qurba kimdir?
Go to TOP