Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Dekabr 2013

Bu gün İsa peyğəmbərin (ə) doğum günüdür

Onun doğulmasının milad tarixinin başlamasından 5 və ya 6 il öncəyə təsadüf etdiyi bildirilir

İsa peyğəmbərin (ə) doğum günündə Fələstinin Beyt-Ləhm şəhərində bayram tədbirləri keçirilib.

İnterAz xəbər verir ki, miladi tarixilə dekabrın 25- İsa peyğəmbərin (ə) doğum günüdür. Həzrət İsanın (ə) doğum günü tədbirlərinin bu gündə keçirilməsinə baxmayaraq onun doğulduğu il barədə yekdil rəy mövcud deyil. Onun doğulmasının milad tarixinin başlamasından 5 və ya 6 il öncəyə təsadüf etdiyi bildirilir.

Dini mənbələrə nəzər saldıqda İsa peyğəmbərin (ə) doğum anları və o zaman baş verən hadisələr Qurani-Kərimdə daha çox təfərrüatlı və maraqlı söylənilib. Qurani-Kərimdə mübarək Məryəm surəsi mövcuddur ki, İsa peyğəmbərin doğum anları orada əks etdirilir.

O həzrətin doğulduğu məkan isə hazırda Fələstində yerləşən “Beyt-Ləhm” (Vifleym) şəhəridir. Bu məkan 2 eradır ki, dünya xristianlarının müqəddəs məkanıdır və hər il burada İsa Peyğəmbərin (ə) doğum günü qeyd edilir. Dünən bu şəhərdə doğum günü münasibətilə keçirilən tədbirdə dünya xristianları, xüsusilə də fələstinli xristianlar fəal iştirak edib, bayram tədbirləri keçirib. Bayram tədbirində Fələstin rəsmiləri, eləcə də muxtariyyətin lideri Mahmud Abbas iştirak edib.
1748 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı