Şrift ölçüsü:
A+
A
A-
Kr
16 İyun 2016

Daha bir ölkə AB-dən imtina etdi

İsveçrə Avropa Birliyinə üzv olmaq fikrindən daşınıb.

"Neuye Züşer Zeytunq" xəbər verir ki, İsveçrə parlamentinin yuxarı palatası hələ 1992-ci ildən qaldırılan Avropa Birliyinə daxil olmaq iddiasına baxıb.

Verilən məlumata görə, parlamentin 27 deputatı Avropa Birliyinə qoşulmağın əleyhinə, 13-ü isə lehinə səs verib.

Xatırladaq ki, Böyük Britaniya iyunun 23-də AB-də qalıb-qalmamaqla bağlı referendum keçirəcək./axar/
347 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 08:23