Şrift ölçüsü:
A+
A
A-
Kr
17 İyun 2016

17 iyunda gözlənilən hava şəraiti

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:

Bakıda və Abşeron yarımadasında

İyunun 17-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, havanın əsasən yağmursuz keçəcəyi, lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 18-21, gündüz 25-30, Bakıda gecə 18-20, gündüz 27-29 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 756 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 50-60 faiz təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Noxvanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 19-20, Buzovna, Mərdəkan, Şüvəlanda 20-21, Türkan, Hövsan, Sahil, Şıxda 22-23 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında

İyunun 17-də hava şəraitinin əksər rayonlarda əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam əsasən bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı, bəzi yerlərdə dolu düşəcəyi gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 16-21, gündüz 29-34, dağlarda gecə 11-16, gündüz 19-24 dərəcə isti olacaq.
343 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber