Şrift ölçüsü:
A+
A
A-
Kr
17 İyun 2016

Böhran regionları da batırır

Iqtisadiyyata kreditləşmənin azalması regionları daha pis vurdu

Xəbər verdiyimiz kimi son bir ildə Azərbaycanın regionlarına verilən kreditlərin həcmində kəskin azalma var. Azərbaycan Mərkəzi Bankının (AMB) statistik hesabatına əsasən, 2015-ci illə müqayisədə 2016-cı ildə bəzi bölgələrə verilən kreditlərin həcmində 20-dək azalma var.


AMB-nin məlumatlarına görə, mayın 1-ə Azərbaycan banklarının ümumi kredit portfeli 18 milyard 758 milyon 682 min manat təşkil edib. Bu bir il əvvələ nisbətən 8,9% azdır. Bu dövrdə Bakı və regionların kredit portfelində azalma fərqli olub. Bakıda kreditlər daha az azalıb – cəmi 8,36%. Regionlarda isə kreditlərin azalması 11,7% təşkil edib.

Son bir ildə Azərbaycanın regionlarına verilən kreditlərin həcmində kəskin azalma var. Azərbaycan Mərkəzi Bankının (AMB) statistik hesabatına əsasən, 2015-ci illə müqayisədə 2016-cı ildə bəzi bölgələrə verilən kreditlərin həcmində 20-dək azalma var.

Regionların alınan kreditlərdə payı əvvəllərdə aşağı olub. Amma ölkənin ümumi kreditləşməsinin fonunda regionlara ayrılan vəsait kəskin aşağı düşüb. Bunu rəqəmlər də təsdiq edir.

Iqtisadçı Samir Əliyev bildirdi ki, Abşeron iqtisadi rayonu həmişə kreditləşmədə 90 faiz paya sahib olub. Regionların kreditləşmədə həmişə az paya sahib olmasının səbəblərinə gəlincə isə, S.Əliyev bildirdi ki, bu regionlarda kredit faizinin yüksək olmasıyla bağlıdır: “Hətta regionda yaşayanlar gəlib Bakıdan kredit alırdılar. Buna səbəb regionlarda kredit faizinin yüksək olmasıydı. Banklar regionlardan girov qismində əmlak götürmür. Buna səbəb regionlardakı əmlakın dəyərinin aşağı olması və gec satılmasıyla bağlıdır. Bu baxımdan regionlarda kredit alanların faizi çox aşağıdır”.

Kreditləşmədə şərtlərin hazırda ağırlaşdığını deyən S.Əliyev qeyd etdi ki, Bakıda işləyən sahibkarlar, vətəndaşlar belə hazırda kredit götürə bilmir. “Regionlarda əmək haqqı aşağı olduğuna görə onların kredit götürmək şansı azdır. Digər tərəfdən dollar kreditləri ilə bağlı problem daha çox regionları vurub”, deyə S.Əliyev qeyd etdi./azadlıq/
378 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi