Şrift ölçüsü:
A+
A
A-
Kr
17 İyun 2016

Binəqədi kəndinin bir hissəsi 10 gündür suya möhtacdı

Bakının Binəqədi kəndinin Dağlılar məhəlləsi deyilən hissəsində yüzlərlə ailə təxminən bir aydan artıqdır ki, içməli su sarıdan əziyyət çəkir. Son on gündə isə vəziyyət daha dözülməz hala gəlib. Çünki suyun verilməsi tamamilə dayandırılıb.

Sakinlər dəfələrlə müvafiq orqanlara, Binəqədi Su-Kanal Idarəsinə müraciət etsələr də, aldıqları qeyri-müəyyən cavabların heç biri onları qane etməyib.

Əldə etdiyimiz məlumata görə, sakinlərin oxşar problemlərlə üzləşməsi ilk dəfə deyil. Ildə bir neçə dəfə bu hal təkrar olunur.


Sakinlərin sözlərinə görə, Binəqədi kəndinə yaxın ərazilərdə yüksək vəzifəli məmurların üzüm və meyvə-tərəvəz sahələri var və onların suvarılması prosesi zamanı kəndin bəzi məhəllələrinə su təchizatı dayandırılır. Sahələr tam suvarılandan sonra əhaliyə su verilməsi bərpa edilir.

Sakinlər həmin sahələrin hansı məmurlara aid olduğunu desələr də, bu haqda məlumatları dəqiqləşdirmədən dərc etməyi uyğun bilmədik./azadlıq/
310 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 11:21