Şrift ölçüsü:
A+
A
A-
Kr
17 İyun 2016

Gədəbəy sakinini sel apardı - Fotolar

Gədəbəy rayonunda təbii fəlakət nəticəsində yerli sakini sel aparıb.

Report-un məlumatına görə, hadisə iyunun 16-da axşam saatlarında baş verib.

Bədbəxt hadisə Gədəbəyə yağan dolu və güclü yağışdan sonra qeydə alınıb. Belə ki, güclü yağış nəticəsində Başkənd gölü daşıb. Bu zaman meşədən odun gətirən Düzrəsullu kənd sakini, 32 yaşlı Osman Rzayevi sel aparıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Dolu, əsasən Şınıx bölgəsinin kəndləriniə -, İvanovka, Çobankənd, Saratovka, Qızıltorpağa yağıb. Təbiət hadisəsi nəticəsində, həmçinin təsərrüfata ciddi ziyan dəyib. Başkənd və Göyəllidə sel yolları yuyub.

329 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber