Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Dekabr 2013

İcra başçısı şagirdlərə köhnə paltar satdırır

Ağsu rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyevin göstərişi ilə Təhsil Şöbəsinin müdiri məktəb direktorlarının qarşısında tələb qoyub. Direktorlar şagirdlərə məktəbli forması yerinə icra başçısının gətirtdiyi paltarları satmalıdır.

Bu barədə Ağsu rayonundan redaksiyamıza daxil olan oxucu məktubunda yazılıb. Oxucu qeyd edir ki, icra başçısı ikinci əl paltarları orta məktəb direktorlarına göndərərək forma adı ilə satılmasını tələb edir: “Bu paltarlar məcburi şəkildə şagirdlərə verilir. Nəticədə məktəb direktorları şagirdlərin valideynləri ilə üz-üzə qalır. Üstəlik, həmin ikinci əl paltarlar təzə paltarlardan ikiqat artıq qiymətə satılır”.

Daha sonra qeyd olunur ki, şagirdlərin paltarları almadığını görən rayon Təhsil Şöbəsinin rəhbərliyi məktəb direktorlarına təzyiq göstərməyə başlayıb. Məktəb direktorlarına tapşırılıb ki, həmin paltarları almayan şagirdin qalın qış paltarı geyinməsinə qadağa qoyulsun və şagird məcburən icra başçısının göndərdiyi paltarları alsın.

Şagirdlərdən pul yığa bilməyən direktorlar isə məcburən həmin məbləği müəllimlərdən toplayır. Direktorlar yığdıqları pulu Ağsu Rayon Təhsil Şöbəsinə çatdırır.

Biz məktəbli forması tələb edirik

Ağsu rayon Təhsil Şöbəsinin müdiri Tahir Xası "Axar.az"a bildirdi ki, məlumat yanlışdır: “Biz sadəcə şagirdlərdən məktəbli formalarında gəlmələrini tələb edirik. İcra hakimiyyətindən bizə heç bir göstəriş verilməyib. Biz heç bir direktoru məcbur etmirik və müəllimlərdən də heç nə toplamırıq”.

Təhsil Şöbəsinin müdiri məktəblərin istilik sistemi ilə təhciz edilməsi ilə bağlı irada münasibət bildirdi və faktı dolayısı ilə təsdiqlədi:

“Məktəblərin əksəriyyəti odunla qızdırılır. Bundan başqa, maye qazla qızdırılanlar da var. Şəhər məktəblərindən 5 nömrəli məktəbdə istilik sistemi yoxdur. Orada indi əsaslı təmir gedir, amma digər məktəblərdə istilik sistemi var. Onu da qeyd edim ki, bəzən qazın təzyiqinin az olduğu vaxtlarda istilik zəif olur”.
1626 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı