Şrift ölçüsü:
A+
A
A-
Kr
17 İyun 2016

Mahmudov videoları harada saxlayır?

“Eldar Mahmudovun əlində olan seks videoları ölkədən kənarda saxlanılır”.

Bunu aznews-a açıqlamasında sabiq MTN-çi İlham İsmayıl deyib. Onun sözlərinə görə, E.Mahmudovun lentə aldırdığı kasetlərin üzə çıxma ehtimalı azdır: “Əgər həmin kasetlər siyasi qərarlara təsir etmək gücündədirsə, onların sayının çox olması şərt deyil. Kasetlər ölkədə deyil. Əgər Azərbaycanda olsaydı, onu çoxdan Eldar Mahmudovun əlindən almışdılar”.

İ.İsmayıl E.Mahmudovun ölkədən çıxarılması ilə bağlı yayılan xəbərlərə də münasibət bildirib: “Əsas məsələ qanunun pozulması, hansısa bir cinayətin aşkarlanmasıdır. Əgər Eldar Mahmudovdan mənimsədiyi 10 milyard dolları alıb, onun müqabilində ölkədən çıxışına icazə verilərsə, onda bu, onun qələbəsi olar. Amma mən inanmıram ki, onun ölkədən çıxışına icazə verilsin”.

Xatırladaq ki, sabiq MTN üzvü Ərəstun Oruclu mətbuata açıqlamasında bildirib ki, Eldar Mahmudovun əlində vəzifəli şəxslərlə bağlı 2800-dən çox seks videosu var.
340 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı