Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Dekabr 2013

Türkiyəni sarsıdan qüvvə haradan idarə olunur?

Türkiyə hadisələri hələ də dünya gündəmində qalmaqda davam edir. Ərdoğan bu proseslərdə hələ ki, qarşı tərəfi günahlandırmaqda davam edir. Ekspertləri ən çox maraqlandıran məsələ hakimiyyətin bu böyüklükdə rüşvət qalmaqalını gündəmə gətirə biləcək gücün hardan qaynaqlandığıdır. Hakimiyyəti sarsıdan korrupsiya faktı çox güclü mərkəzdən idarə olunduğu aşkardır. Bu baxımdan Türkiyəni sarsıdacaq bu zərbənin ölkənin daxilindən və ya xaricindən gəlməsi ciddi düşünüləsi mövzulardan biridir.

Dərin dövlət anlayışının hər zaman mövcud olduğunu Deyerler.Org-a bildirən politoloq Zərdüşt Əlizadə bildirib ki, baş verənlər Ərdoğan hakimiyyətini xeyli zəiflətdi: “Türkiyədə dərin dövlət daima mövcud olub. Qanuni vəzifələrdən kənarda mütəşəkkil qruplar olub ki, hakimiyyətə nəzarət uğrunda mübarizə aparıblar. Bu qrupların bəziləri dini, bəziləri millətçi olur. Bu proses istənilən dövlətdə var. Rusiyada kölgə KQB siyasi bürosu var. Onlar Rusiyanın və bu ölkənin təbii sərvətlərinin taleyini həll edirlər. Azərbaycanda da bu tayfa mafiyası adında mövcuddur. Amerikada gizli klublar halında mövcuddur. Türkiyədə də gizlin fəaliyyət göstərən kifayət qədər təşkilat var. Onlar lazım olanda hansısa bir tədbirlər görürlər, siyasi rəqiblərini zəiflədib, kənarlaşdırırlar. Onlara qarşı ciddi təbliğat kampaniyaları aparırlar. Onların qüsurlarını tapıb şişirdirlər. Ərdoğan da buna işarə edərək deyir ki, bu mənə qarşı sui-qəsddir. Amma əslində yaxşı olardı ki, bu sui-qəsdə səbəb olan nöqsanları aradan qaldırsın. Çünki ortada faktlar var. Korrupsiya faktları danılmazdır. Daha yaxşı olardı ki, cinayət işləmiş tərəfdarlarını həbs edərdi və ya işdən çıxardardı. Baş verənlər Ərdoğan hakimiyyətini xeyli zəiflətdi. Yaxınlarda baş tutacaq seçkilərdə AK partiyası ciddi itkilərə məruz qalacaq”.
1581 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı