Şrift ölçüsü:
A+
A
A-
Kr
18 İyun 2016

Hakimiyyətin saxtakarlıq rekordu

Avropa Məhkəməsi Azərbaycanla bağlı 19 qərar qəbul edib

Hökumət pis nümunələr üzrə “çempionluq seriyası”nı davam etdirir. Indi də məlum olur ki, Azərbaycan Avropa Məhkəməsində bir göstərici üzrə “lider”ə çevrilib. Belə ki, Avropa Məhkəməsi fəaliyyət göstərdiyi 1959-cu ildən bu günə qədər bəri seçki hüquqlarının pozuntusu ilə bağlı cəmi 79 qərar qəbul edib. Bu qərarlardan ən çoxu 17 qərarla Italiyanın payına düşür. Azərbaycan isə 40 iş üzrə 19 qərarla “rekord” vurur.

Bu əslində saxtakarlığın, oğurluğun, qanunsuzluğun rekordudur. Indi bütün dünya bir daha əmin olur ki, bu ölkədə seçilmirlər, təyin olunurlar. Artıq şübhə yeri qalmır ki, bu ölkənin parlamenti alver məkanıdır, mandata sahib olmaq üçün xalqın səsi önəmli deyil.

Bəli, özünə deputat deyib öyünənlərin böyük əksəriyyəti başqasınnı yerində əyləşənlər, başqasının haqqını mənimsəyənlərdi. Saxtakarlıq, mənimsəmə o qədər adiləşib ki, başqasının yerində oturmaqdan kompleks keçirmirlər. Normal adam bir məclisdə başqasının yerində səhvən oturanda dərhal yerini dəyişir, üzrxahlıq edir, utanır və s.

Bizim deputatlar isə başqasının haqqını bilərəkdən oğurlayır, başqasının haqqını bilərəkdən yeyir və qətiyyən narahatlıq keçirmir. Əksinə, utanmadan şəffaf seçkidən, qanunun aliliyindən, bəşəri dəyərlərdən, əxlaqdan danışırlar.

Amma yalanın, saxtakarlığın ömrü həqiqət doğulan qədər olur. Avropa Məhkəməsi ard-arda Azərbaycan hökumətinin mahiyyətini üzə çıxarır, hökumətin seçki sistemini məhv etdiyini, xalqın səsini oğurladığını bir daha təsdiqləyir.

Əslində, bu qərarlardan sonra saxta mandat daşıyanlar ayıbına kor olmalı, xalqın içinə çıxmamalı, başqalarını ittiham etməkdən çəkinməlidir. Indi təkcə səsi oğurlanmış şəxs yox, beynəlxalq hüquq da etiraz edir. Azərbaycan hökuməti isə bu qərarlara etiraz edə bilmir və haqqı oğurlanmışlara təzminat ödəyir.

Ölkə elə bir vəziyyətə salınıb ki, ölkə məhkəmələrində ədaləti təmin etmək, oğurlanmış haqqı qaytarmaq mümkün deyil. Ona görə də ölkə vətəndaşı haqqını Avropa Məhkəməsində axtarır.

Normal hökumət üçün Avropa Məhkəməsinin qərarları ilə “saxtakarlıq çempionu”na çevrilmək böyük utanc olmalıydı. Bunlar Avropa Oyunlarını, Formula-1 yarışlarını ölkənin reklamı üçün təşkil etdiklərini söyləyirlər. Başa düşmürlər ki, Avropa məkanında ölkəni elə “reklam” ediblər ki, hər ay Avropa Oyunları keçirsələr də nəticəni dəyişə bilməzlər.

Tərbiyəsiz uşağın evinə hər gün qonşular şikayətə gəldiyi kimi, bizim hökumətimiz də ölkəyə ancaq şikayət gətirir.

Bir sözlə, Avropa Məhkəməsi hər dəfə təsdiqləyir ki, özünü “millət vəkili” sayanların əksəriyyətinin millətə vəkillik etmək haqqı yoxdur./azadlıq/
304 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi