Şrift ölçüsü:
A+
A
A-
Kr
18 İyun 2016

Azərbaycanda yol terroru qurbanları - 242 nəfər

Baş Dövlət Yol Polisi İdarəsi ötən 5 ay ərzində baş verən qəzaların statistikasını açıqlayıb. Rəqəmlərdə ötən illə müqayisədə 14 faiz azalma var.

Avtosfer-in məlumatına görə, polisin araşdırmaları qəzaların daha çox hansı səbəbdən baş verdiyini də üzə çıxarıb. Belə ki, beş ayda 732 qəza baş verib, nəticədə 242 nəfər ölüb. Baş Dövlət Yol Polisi İdarəsinin apardığı araşdırmalar qəzaların daha çox hansı səbəbdən baş verdiyini də ortaya çıxarıb.

Belə ki, qəzaların ən çox hissəsi- 42.7 faizi piyadaların payına düşür. Piyada vurulmalarından sonra ikinci yerdə ötmə və qarşı hərəkət zolağına keçmə dayanır. Qəzaların 38.3 faizi məhz bu səbəbdən baş verib. Avtomobili sərxoş şəkildə idarə etməyə görə qəza törədilməsi əhəmiyyətli dərəcədə aşağı düşüb. Bu, sərxoşluğa görə cərimələrin artırılması ilə bağlıdır.

Bundan əlavə sürət həddini aşmağa görə baş verən qəzalar da təxminən 20-25 faiz azalıb. Bu isə yollarda quraşdırılan radarların sayının artırılması ilə bağlıdır.
606 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
18.11.17, 11:58
İMAM RZA (Ə)