Şrift ölçüsü:
A+
A
A-
Kr
18 İyun 2016

Mübariz erməniləri bu gün darmadağın etmişdi - Video

Bu gün erməni işğalçıları ilə döyüşdə inanılmaz şücaət göstərərək şəhid olan Mübariz İbrahimovun ölümündən 6 il ötür.

1988-ci ildə Biləsuvar rayonunun Əliabad kəndində anadan olan Mübariz İbrahimov 2005-ci ildə hərbi xidmətə çağırılıb. O, Daxili Qoşunların N saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə əsgəri xidməti keçərək 2007-ci ildə çavuş, 2009-cu ildə isə gizir rütbəsində çalışdıqdan sonra öz istəyi ilə cəbhə bölgəsində hərbi xidmətə yollanıb.

2010-cu il iyunun 18-də, saat 23:00-da təmas xəttindəki bir kilometrlik minalanmış sahəni keçərək düşmənlə beş saat təkbaşına döyüşüb, Ermənistan silahlı qüvvələrinin çoxlu əsgər və zabitini məhv etdikdən sonra səhər saatlarında qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhid olub.

Xatırladaq ki, ona ölümündən sonra Milli Qəhrəman adı verilib və Azərbaycan uğrunda göstərdiyi şücaətə görə “İlin adamı” seçilib.
254 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
03.12.16, 10:26