Şrift ölçüsü:
A+
A
A-
Kr
18 İyun 2016

Putin Suriyada ABŞ-a meydan oxudu, hava toqquşması riski yarandı

“Los Angeles Times” qəzetinin verdiyi məlumata görə, Rusiyanın hərbi təyyarələri Suriyada Pentaqon tərəfindən dəstəklənən qiyamçılara hava zərbələri endirib.Pentaqon bu insidenti Suriyada hava kampaniyasına başlayandan bəri Moskvanın ən böyük təxribatı adlandırıb.

Hava zərbələri İordaniya sərhədi yaxınlığında, Rusiya təyyarələrinin əvvəllər uçmadığı ərazidə endirilib. Sözü gedən qiyamçı bazasında ABŞ hərbçiləri olmasa da, Pentaqon təcili olaraq qaynar xətlə Moskvadan zərbələrin dayandırılmasını tələb edib.

Bundan əlavə ABŞ-ın F-18 təyyarələri havaya qaldırılıb və pilotlar Rusiyanın iki Su-34 təyyarəsi ilə vizual kontaktda olublar. Rusiya təyyarələri əvvəlcə ərazini tərk etsələr də, az sonra ikinci zərbəni endirmək üçün qayıdıblar. Lakin bu vaxt ABŞ təyyarələri yanacaq doldurmaq üçün öz bazalarına dönmüşdülər.

ABŞ rəsmiləri bildiriblər ki, Rusiya ya öz qüvvələri üzərində tam nəzarətə malik deyil, ya da bilərəkdən təxribat törədir. Vaşinqton bütün hallarda Moskvadan izahat gözləyir./virtualaz/
275 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber