Şrift ölçüsü:
A+
A
A-
Kr
19 İyun 2016

Polis silahla digər polisi başından vurdu

Ağstafada keçirilən əməliyyat zamanı polis əməkdaşı başından güllə yarası alıb.

Hadisə rayonun Dağ Kəsəmən kəndində qeydə alınıb.

Axtarışda olan Tahir Fərzəli oğlu Ayralovu yaxalamaq üçün Ağstafa rayon Polis Şöbəsinin əməkdaşları kənddə əməliyyat keçirdiblər. Gecə saatlarında keçirilən əməliyyat zamanı T. Ayralov müqavimət göstərib və polis əməkdaşları silah tətbiq etməyə məcbur olublar. Atılan güllələrdən biri başqa bir polis əməkdaşı, 1989-cu il Vasif Şaiq oğlu Bağırovun baş nahiyəsinə dəyib. Xəsarət alan polis əməkdaşı əvvəlcə Ağstafa rayon Mərkəzi Xəstəxanasına, daha sonra isə DİN-nin paytaxtdakı hospitalına aparılıb.
447 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
16.09.17, 07:56
Barizani təhdid olundu
Go to TOP