Şrift ölçüsü:
A+
A
A-
Kr
19 İyun 2016

Rusiyadan sonra Almaniya da müharibə xəbərdarlığı etdi

Almaniya XİN NATO-nu bu hərəkətinə son qoymağa çağırıb.

Almaniya hökuməti NATO baş qərargahına xəbərdarlıq edib. Ölkənin xarici işlər naziri Frank-Valter Ştaynmayer bildirib ki, NATO-nu Avropanın şərqindəki fəaliyyəti müharibəyə təhrik xarakteri daşıyır.

Ştaynmayer NATO-nu bu hərəkətinə son qoymağa çağırıb.

NATO hərbi qüvvələri iki gün əvvəl Polşada “Anakonda-16” adlı hərbi təlimləri başa vurmuşdu.

Ştaynmayer qeyd edib ki, təlimlər regional təhlükəsizliyin qorunmasında əks təsir doğurub və bu, Rusiya ilə münasibətlərin gərginləşməsinə gətirib çıxara bilər.

NATO-nun Polşada keçirilən hərbi təlimlərindən

Ştaynmayer NATO rəsmilərini hərbi təlimləri dialoqlarla əvəz etməyə və Rusiya ilə əməkdaşlığa səsləyib.

Polşada keçirilən 10 günlük əməliyyatlara Polşa və Amerika Birləşmiş Ştatları ilə yanaşı, NATO-ya üzv 17 ölkə hərbçiləri qatılmışdı.

Ümumilikdə, hərbi təlimlərdə 30 mindən çox əsgər iştirak edib. Bu, Polşada 27 il ərzində ilk ən irimiqyaslı təlimlər olub.

Rusiya hökuməti bir müddət əvvəl bildirmişdi ki, NATO hərbi qüvvələrinin onun sərhədlərinə yaxın bölgədə fəaliyyəti Rusiyanın təhlükəsizliyinə qarşı hədə mənbəyidir. Bu cür təhlükə qarşısında Moskva Qərbə cavab tədbirləri görəcəyi barədə xəbərdarlıq edib./musavat/
266 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı