Şrift ölçüsü:
A+
A
A-
Kr
19 İyun 2016

Rüfət Səfərovu 12 il iş gözləyir...

Az öncə qalmaqallı şəkildə prokurorluq orqanlarından istefa verən Rüfət Səfərovun işinin məhkəməyə göndərilməsi haqqında məlumat vermişdik. Həmçinin R.Səfərovun atası Müdafiə Nazirliyinin mətbuat xidmətinin sabiq rəhbəri Eldar Sabiroğlu da oğlunun işinin məhkəməyə göndərilməsinə münasibət bildirmişdi. Lakin məhkəmənin işi barəsində öncədən nəsə demək istəməmişdi.

Bu gün Rüfət Səfərovun vəkili Behruz Bayramov bildirib ki, müvəkkilini 8 ildən 12 ilədək azadlıqdan məhrum etmə cəzası gözləyir.

Moderator bununla bağlı Rüfət Səfərovun özünün fikirlərini öyrənib.

R.Səfərov azadlıqdan məhrum edilməyə hazır olduğunu bildirib:

“Təqsirlədirilən şəxs olaraq bu qənaətdəyəm ki, cinayət işi bəraətverici əsaslarla xitam olunmadısa, məhkəmə baxışına göndərilməsi normaldır. Düşünürəm ki, müdafiə tərəfi olaraq ittihamın əsassız olduğu həddə də qeyri-obyektiv olduğunu məhkəmə baxışında ortaya qoya biləcəyik. O başqa məsələ ki, məhkəmə bizim ifadə və sübutlarımıza necə qiymət verəcəkdir. Hər nə qədər çətin olsa da bütün yuridik potensalımız ibtidai istintaqın görmüş olduğu işin sındırılmasına yönələcək. Bu istiqamətdə iki güvənc-istinad nöqtəm var: qüvvədə olan cinayət və cinayət-prosessual məcəllələrinin tələbləri və hörmətli vəkilim Bəhruz bəyin tövsiyələri. Bunlar da köməyə çatmazsa, istənilən müddətə azadlıqdan uzaqlaşmağa həm psixoloji , həm də fiziki olaraq hazıram. Əsassız olaraq həbsxanalarda zülm çəkən insanlardan nəinki artığam, əksinə əskikəm. O ki, qaldı məhkəmənin qərarına, mən ölkədə bərqərar olan hüquq sisteminə ümid etmədiyimdən, yekun qərar barədə də absalyut mülahizə yürütməkdə çətinlik çəkirəm”.
305 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı