Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Dekabr 2013

İranda nüvə sahəsində ixtisaslaşmış xəstəxana tikiləcək

İranda nüvə sahəsində ixtisaslaşmış xəstəxana tikiləcək.

Apa-nın İran mətbuatına istinadən verdiyi məlumata görə, bunu İranın Atom Enerjisi Təşkilatının sədri Əli Əkbər Salehi bildirib.

Onun sözlərinə görə, xəstəxana gözlənilməz nüvə hadisələri zamanı faydalı ola bilər: “Bu xəstəxana radioaktiv dərmanlara ehtiyac duyan xəstələrə xidmətlərin göstərilməsində də faydalı ola bilər. Belə bir xəstəxananın inşası nüvə tibbi sahəsində İran üçün böyük uğur olacaq”.

Ə. Ə. Salehi İranın Atom Enerjisi Təşkilatının 14 min personalı olduğunu da söyləyib: “Onlar nüvə tibbi başda olmaqla, elm və texnologiyanın bir çox sahəsində qiymətli işlər görüblər. İranda hazırda 15 adda radioaktiv dərman istehsal edilir”.

Vitse-prezident həmçinin Ərak ağır su nüvə reaktorunun heç vaxt bağlanmayacağını və işlərini davam etdirəcəyini deyib: “Bu reaktor İranın elm adamlarının fövqəladə uğurudur və əsla bağlanmayacaq”.

İranın Atom Enerjisi Təşkilatının rəhbəri vurğulayıb ki, ölkə daxilindəki bəzi qüvvələr uranın zənginləşdirilməsi haqqının Cenevrə razılaşmasında tanınmadığını söyləyirlər: “Halbuki həqiqətlə belə deyil. “Altılıq” ölkələri İrandan yalnız uranın 20% həddində zənginləşdirilməsini 6 aylıq razılaşma müddəti boyunca təxirə salınmasını istəyiblər”.

Ə. Ə. Salehi Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) icraçı direktoru Yukiya Amanonun İranla bağlı növbəti hesabatının əvvəlkinə nisbətən müsbət olacağına ümid etdiklərini bildirib: “İranla agentlik arasında bu il noyabrın 11-də imzalanmış altı maddəlik razılaşmanı mövcud mühitin yumşadılması məqsədilə icra edirik. Gələn ilin yanvarında AEBA müfəttişlərinin Bəndər Abbas şəhərindəki Geçin uran mədəninə də baxış keçirməsinə qısa zamanda şərait yaradacağıq”.
1446 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber