Şrift ölçüsü:
A+
A
A-
Kr
20 İyun 2016

Eldar Mahmudov ölkədən getdi

Eldar Mahmudov ölkədən getdiÖlüm xəbərinin yayılması məqsədli olub, səbəb keçmiş nazirin ölkədən çıxmasını diqqətdən yayındırmaqdır

Ötən günlərdə sosial şəbəkələrdə, ardından da mətbuatda sabiq MTN şefi Eldar Mahmudovun ölməsi barədə məlumat yayıldı. Həmin məlumatlarda vurğulanırdı ki, Mahmudovun yaşadığı bağ evində qəfil halı pisləşib və üzərinə Təcili Tibbi Yardım çağırılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Mahmudovun «öldürülməsi» məsələsinin əvvəlcədən də qurulmuş oyun olduğunu deməyə gərək yoxdur. Bu barədə məlumatın ortaya atılmasının da səbəbsiz olmadığı aydındır. Bəs, məqsəd nə olub? Bu informasiya nə işə yarayıb və hansı planın icrasını ehtiva edib?

Eldar Mahmudov Badamdardakı məşhur malikanəsində yaşayıb. Orada da qulluqçuların əhatəsində və xüsusi nəzarətin altında olub. Hətta bu yaxınlarda onun özünə ad günü keçirdiyi və bütün qohumlarını da başına yığdığı deyilir. İddia olunur ki, keçmiş nazirin ümumiyyətlə, əhvalında hər hansı bir neqativlik müşahidə edilməyib.

«Ölüm» xəbərinin gündəmə gətirilməsi məqsədli olub. Belə ki, burada başlıca niyyət Eldar Mahmudovun ölkədən çıxmasını ört-basdır etməyə nail olmaq olub. Məlumatlarda deyilir ki, Eldar Mahmudov əlindəki bütün məlumatları hakimiyyət dairələrinə verdikdən sonra əldə edilmiş anlaşmaya əsasən ölkəni tərk edəcəkmiş. Hələ bir müddət əvvəl Politika.az da bununla bağlı məlumat yaymışdı və Mahmudovun hakimiyyətlə anlaşma əldə etdiyini vurğulamışdı.

Görünür, sabiq MTN şefinin ölkədən çıxarılması üçün onun «ölüm» xəbərinin müəyyən rolu olub. Qeyd edilir ki, bu xəbər məsələnin əsas mahiyyətini gizlətməyə, diqqəti yayındırmağa imkan verib./politika/
303 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...