Şrift ölçüsü:
A+
A
A-
Kr
20 İyun 2016

Şimali Koreya ABŞ-ı hədələdi:“Amerika hərbi bazalarına zərbələr endirəcəyik”

Hər hansı təxribat cəhdləri baş verərsə, KXDR regionda yerləşən ABŞ hərbi bazalarına zərbələr endirəcək.

Bu barədə Şimali Koreyanın rəsmi xəbər agentliyinə Dövlət müdafiə komitəsinin nümayəndəsi bildirib.

Onun sözlərinə görə, Koreya xalq ordusunun müasir raketləri ABŞ-ın Quamdakı “Anderson” hərbi-hava bazası, həmçinin regiondakı sualtı qayıqlar bazalarına tuşlanıb.

Qeyd edək ki, bu günlərdə ABŞ-a məxsus “Mississippi” sualtı qayığı Cənubi Koreyanın Pusan portuna daxil olub. Bundan əlavə ABŞ-ın Quamdakı hərbi bazasında B-52 strateji bombardmançı təyyarələrin təlimi keçirilib.

“Bu kimi addımlar Koreya yarımadasında nüvə müharibəsi təhlükəsini artırır”, -deyə Dövlət müdafiə komitəsinin nümayəndəsi vurğulayıb./apa/
211 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
01.12