Şrift ölçüsü:
A+
A
A-
Kr
20 İyun 2016

Əfqanıstanın paytaxtında mikroavtobus partladılıb, ölənlər var

Əfqanıstanın paytaxtı Kabildə mikroavtobusun partladılması nəticəsində ən azı 14 nəfər həlak olub.

Bu barədə "Report" "Associated Press"ə istinadən xəbər verir.

Polisdən verilən məlumata görə, partlayış terrorçu-kamikadze tərəfindən törədilib. Partlayış Pakistanla sərhəddə yerləşən Nəngəhar vilayətinin mərkəzi olan Calalabad şəhərini Kabillə birləşdirən yolda baş verib.

Mikroavtobusda Nepal və Əfqanıstandan mühafizə şirkətinin əməkdaşları olub.

Terror aktına görə, məsuliyyəti "Taliban" terrorçuları öz üzərinə götürüb.
297 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 12:00