Şrift ölçüsü:
A+
A
A-
Kr
21 İyun 2016

Şimali Koreya ABŞ-ı bu dəfə belə təhdid etdi

Şimali Koreya hökuməti girov saxladığı iki amerikalı məhkumun ABŞ-a əsla geri dönə bilməyəcəklərini bildirib.

Bu barədə Şimali Koreyanın “KCNA” agentliyi məlumat yayıb.

Məlumata görə, Pxenyanın tələbi ilə həbs edilən Kennez Baenin öz məhkumluğu haqqında yazdığı kitab sərt tənqidlərə səbəb olub:

“Bae Şimali Koreyaya qarşı təhqiredici ifadələr işlətməyə davam etdikcə, ABŞ burada saxlanılan amerikalı məhbusların azadlığa buraxılması ilə bağlı müzakirələr aparılmasını tələb etməsin. ABŞ ictimaiyyətində Şimali Koreyaya qarşı yalan təbliğat davam etdikcə məhbuslar Otto Varmbir və Kim Donq Çula qarşı da təzyiqlər artacaq”.

Qeyd edək ki, adıçəkilən məhbuslar 2012-2014-cü illər arasında casusluq, oğurluq ittihamları ilə saxlanılaraq 15 il müddətinə həbs edilmişdi./axar/
387 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı