Şrift ölçüsü:
A+
A
A-
Kr
21 İyun 2016

Məscidə donuz başı atıldı

Kanadanın Quebek Siti şəhərində İslam Kültür Mərkəzinin binası, eyni zamanda məscid kimi fəaliyyət göstərən tikiliyə donuz başı atılıb.

Donuz başı torbada hədiyyə kimi məscidə göndərilib. Torbanın üzərinə "Nuş olsun" yazılıb.

Mərkəz rəhbəri Məhəmməd Yangui bildirib ki, onların şəhər əhalisi ilə heç bir problemi olmayıb: "Şəhərdə 4 məscid var. Onlar ildə azı bir dəfə bu cür hücuma məruz qalırlar. Ətraf kameralarla doludur. Polis araşdırma aparır. Yəqin ki, günahkarlar cəzalandırılacaq"./teleqraf/
344 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber