Şrift ölçüsü:
A+
A
A-
Kr
21 İyun 2016

“Avro-2016”nın B qrupunda son turun oyunları baş tutub.

Avro-2016: Uels rusları darmadağın elədi,İngiltərə isə slovaklarla bacarmadı

Rusiya milliləri Uelslə qarşılaşıblar. Qonşu ölkənin yığması "Avro-2016"da mübarizəni davam etdirmək üçün hökmən qələbə qazanmalı olduğu halda, Uels rusları darmadağın edib. – 0:3.

Qolları 11-ci dəqiqədə Aaron Remzi, 20-ci dəqiqədə Neil Taylor və 67-ci dəqiqədə Uelsin "Real Madrid"li ulduzu Qaret Beyl vurublar. Bu qələbə sayəsində Uels qrup lideri kimi adını 1/8-ə yazdırıb.

Çünki bu oyuna qədər qrup lideir olan İngiltərə millisi Rusiya-Uels oyunu ilə eyni saatda oynadıqları Slovakiya millilərinə qalib gələ bilməyiblər və qrup liderliyini Uelsə verməli olublar. İngiltərə – Slovakiya oyunu 0-0 bitib.

Bu nəticələrdən sonra Rusiya yığması evinə dönüb. Slovaklar isə turnirin ən yaxşı 3-cü komandalarından biri kimi növbəti mərhələyə vəsiqə şansı yaxalayıb:





O

Q

H

M

T-F

X

1

Uels

3

2

0

1

6-3

6

2

İngiltərə

3

1

2

0

3-2

5

3

Slovakiya

3

1

1

1

3-3

4

4

Rusiya

3

0

1

2

2-6

1

462 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP