Şrift ölçüsü:
A+
A
A-
Kr
21 İyun 2016

​Məşhur futbolçu Rio-de-Janeyro meri olmaq üçün namizədliyini irəli sürəcək

Sabiq braziliyalı futbolçu Romario Rio-de-Janeyronun meri olmaq uğrunda mübarizə aparacaq. "Report"un məlumatına görə, 50 yaşlı Romario bu qərarını keçirdiyi mətbuat konfransında açıqlayıb.
2014-cü ildə Braziliyanın federal senatı olmasından söz açan sabiq hücumçu bunları bildirib: "Senator postuna namizədliyimi irəli sürərkən, çoxları təcrübəmin olmadığını deyirdi. Ancaq hazırkı siyasi təcrübə göstərir ki, ən çox təcrübəsi olanlar da barmaqlıqlar arxasında ola bilər. Lakin bu təcrübə məndə heç vaxt baş verməyəcək".
Ölkədə seçki kampaniyası avqustun 16-da start götürəcək. Seçkilərin ilk turu oktyabrın 2-si, ikinci mərhələsi isə həmin ayın 30-da olacaq.
Qeyd edək ki, 1987-ci ildən 2005-dək Braziliya yığmasında çıxış edən Romario 70 oyunda 55 qol vurub. Bu göstərici ilə o, yığma tarixində Pele və Ronaldodan sonra 3-cü nəticə göstərib.
979 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
20.04.18, 09:35
Bakıda bıçaqlanma olub
19.04.18, 07:29
Ucar sakini intihar edib
18.04.18, 10:12
Ucar sakini intihar edib
Go to TOP