Şrift ölçüsü:
A+
A
A-
Kr
21 İyun 2016

Rusiyanın Baş qərargah rəisi: “Suriyada səbrimiz tükənir”

“Suriyadakı vəziyyətlə əlaqədar səbri tükənən ABŞ deyil, Rusiyadır”.

Bunu Rusiyanın Baş qərargah rəisi, general Valeriy Gerasimov ABŞ-ın xarici işlər naziri Con Kerrinin Suriyadakı atəşkəs rejiminə əməl edilməməsi barədə söylədiyi fikirlərə münasibət bildirərkən deyib.

General bildirib ki, Rusiya Suriyada atəşkəslə bağlı üzərinə götürdüyü öhdəliklərə əməl etsə də, ABŞ-ın nəzarət etdiyi terrorçular hər gün problemlər yaradır: “ABŞ Suriyada müxalifət və terror təşkilatları ilə bağlı ciddi addımlar ata bilmir. Ancaq Rusiya İŞİD və “Əl Nusra” terrorçularının koordinatlarını ABŞ kəşfiyyatına təqdim edir. Üç aydır ki, ABŞ Suriya müxalifətinin yaratdığı problemləri həll edə bilmir. Belə getsə, Suriyada vəziyyət yenidən gərginləşəcək. Çünki ABŞ Suriyada terrorçuların güclənməsinə imkan yaradır. Buna görə də artıq Suriyada səbrimiz tükənir”.
381 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi