Şrift ölçüsü:
A+
A
A-
Kr
22 İyun 2016

Ölkə səhiyyəsinin real mənzərəsi: 5 saylı xəstəxanada nə baş verir?

Ölkə səhiyyəsinin rəzil gündə olmasını Bakı şəhər 5 saylı Kliniki Xəstəxanasının timsalında görmək olar.

5 saylı Kliniki Xəstəxanada antisanitaraiya və rüşvət baş alıb gedir. Xəstəxanada pinti bir mühit və dözülməz şərait var.
Xatırladaq ki, təxminən 10 il əvvəl Respublika prezidenti İlham Əliyev dövlət xəstəxanalarında pulsuz tibbi xidmətin həyata keçirilməsi barədə göstəriş verdi. Ancaq prezidentin bu göstərişinə baxmayaraq 5 saylı Xəstəxanada tibbi xidmətlərin əksəriyyəti pul ilə həyata keçirilir.
Şikayətlərdə göstərilir ki, xəstəxanada çalışan həkim və tibb bacılarının əksəriyyəti xəstə sahiblərindən açıq-aşkar pul istəyirlər. Pul vermək istəməyən xəstələrə isə tibb bacıları tərəfindən xidmət göstərilmir.
Xəstəxanada “UZİ”-dən keçən xəstələr 25 AZN, bronxların və ağciyərlərin rentgeni 20 manat, ürəyin kardioqramması 15 manat, mədənin endeskopiyası isə 30 manata başa gəlir. Bundan əlavə həkimlərin müayinə haqqı 20-30 manat civarındadır.
Hətta palataların təmizlənməsi üçün də xəstələrdən pul tələb edildiyi bildirilir. 5 saylı Kliniki Xəstəxanada bu cür özbaşınalıqlarla daha çox rayonlardan gətirilən ağır xəstələrin üzləşdiyi vurğulanır. Belə ki, rayonlardan gələn əksər xəstə sahiblərinin paytaxt Bakıda gedəcək bir yerləri olmadığından, şikayət edəcəkləri ünvan tanımamaqları xəstəxananın rüşvət alan personalının “əl-qolunu” açır. Rayon xəstəxanalarından “göndəriş” gətirilməsini bəhanə edərək xəstələri soyurlar.
Xəstəxananın kordioloji korpusunda vəziyyət daha acınacaqlı olduöu iddia olunur. Burada xəstə yaxınları ilə həkimlər və tibb bacıları az qala rüşvət davasına çıxırlar. Həkimlərin istədikləri rüşvəti vermək istəməyən xəstələrin yaxınlarına xəstəxanadakı laboratoriyaların işləmədiyi deyilir və məcburiyyət qarşısında qalan insanlar başqa özəl klinikalara göndərilirlər.
Bu xəstəxanada alətlərin əksəriyyəti pasiyentlərə edilən xidmətdən sonra təmizlənmədiyi də yayılan məlumatlar sırasındadır. Hətta burada işləyən həkimlər və tibb bacıları tibbi maskalardan və əlcəklərdən istifadə etmirlər. Xəstaxanada baş verən rüşvətxorluğa və antisanitariyaya baş həkim Ziya Əsədov “göz yumur”.
İddiaya görə, baş həkim Ziya Əsədovun “göz yummağına” səbəb isə həkimlərin və tibb bacılarının yığdıqları rüşvətin 60-70 faizinin ona çatmasıdır. Bundan başqa, iddia olunur ki, baş həkim yaxın zamanlarda vəzifəsindən uzaqlaşdırılacağı ilə bağlı məlumat alıb. Ona görə də “əlimyandı”ya düşüb ki, bacardıqca vəzifəsindən sui-istifadə eləsin, daha çox qazansın.
Qeyd edək ki, 5 saylı Kliniki Xəstəxananın baş həkimi Ziya Əsədovun adı əvvəllər də bir çox qalmaqallarda hallanıb. 2014-cü ildə 5 saylı Kliniki Xəstəxananın tərkibindən adı dəyişdirilərək çıxarılan Respublika Yanıq Mərkəzinin keçmiş baş həkimi Vüqar Ələkbərovun “vurulmağında” da Ziya Əsədovun xüsusi rolu olduğu deyilir. Neqativ fəaliyyəti ilə tez-tez mətbuatın gündəminə gələn Ziya Əsədovun rəhbərlik etdiyi 5 saylı Kliniki Xəstəxana ötən il daha bir biabırçı olaya imza atdı.
Belə ki, birinci qrup Qarabağ əlili Dadaş Quliyevə xəstəxanada yeri pulla satmaq istəyən 5 saylı Kliniki Xəstəxananın həkimlərinə etiraz olaraq Dadaş Quliyev Xəstəxananın önündə intihar etmək istəyirdi. Bu biabırçı olaya mətbuatın müdəxiləsindən sonra nəhayət ki, birinci qrup Qarabağ əlilinə 5 saylı Kliniki Xəstəxanada pulsuz yer verildi./aztoday/
382 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi