Şrift ölçüsü:
A+
A
A-
Kr
22 İyun 2016

İran təhlükəsizlik orqanları böyük bir terrorun qarşısını aldılar –10 silahlı saxlanıldı

İranda 50 obyektdə partlayış törətməyi planlaşdıran 10 silahlı saxlanılıb.

“RİA Novosti”nin verdiyi xəbərə görə, bunu İranın kəşfiyyat və milli təhlükəsizlik naziri Mahmud Əlavi bildirib.

Silahlılar terror aktlarını paytaxt Tehranda və digər bölgələrdə həyata keçirməyi planlaşdırıblar. Onlar məsafədən idarə olunan partlayıcı qurğulardan və üzərilərinə quraşdırılmış kamikadzelərdən istifadə etmək niyyətində olublar.

Saxlanılan şəxslərdən 2 tondan çox partlayıcı maddə götürülüb./apa/
281 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı