Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Dekabr 2013

Daha iki general vəzifədən çıxarıldı

Müdafiə Nazirliyində növbəti kadr dəyişiklikləri baş verib. Hərbi mənbələrdən “Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinə verilən məlumata görə, Müdafiə Nazirliyinin Rabitə İdarəsinin rəisi general-mayor Fazil Aşumov və Artilleriya idarəsinin rəisi general-mayor Rafiq Hüseynov vəzifələrindən çıxarılıblar.

​Xatırladaq ki, Fazil Aşumov məzuniyyətə göndərilmişdi və məzuniyyət bitdikdən sonra ona vəzifədən çıxarılması elan olunub.

Həmin bu iki generalın yerinə təyinatlar da var. Onların adları yaxın günlərdə bəlli olacaq.(Milaz.info)

Qeyd edək ki, F.Aşumov vəzifədən azad olunana qədər baş qərargah rəisi general-polkovnik Nəcməddin Sadıqovun müavini vəzifəsində çalışıb. General-mayor bir müddət əvvəl məhz bu səbəblərə görə məzuniyyətə göndərildiyi bildirilmişdi. F.Aşumov keçmiş müdafiə naziri Səfər Əbiyevin yaxın adamı kimi tanınıb.
General-mayor Rafiq Hüseynov isə bu il Milli Ordu Günündə "Vətən uğrunda" medalı ilə təltif edilmişdi.
1449 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber