Şrift ölçüsü:
A+
A
A-
Kr
22 İyun 2016

Ziya Məmmədovun ölkədən çıxışı yasaqlandı

Ziya Məmmədovun ölkədən çıxışı yasaqlandıNəqliyyat naziri Ziya Məmmədovun ölkədən çıxışına qadağa qoyulub

Bu haqda məlumatlı mənbə bildirib

Onun sözlərinə görə, nazirin diplomatik pasportunun müddəti bitdiyindən o, Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsinə müraciət edib. Qarşı tərəf də heç bir səbəb göstərmədən onun müraciətini cavabsız qoyub.

Mənbə qeyd edir ki, Ziya Məmmədovun xaricə çıxışına qadağa qoyulması yuxarının göstərişilə həyata keçirilib və bununla bağlı DİN-nin müvafiq qurumuna şifahi xəbərdarlıq edilib.

Xatırladaq ki, son vaxtlar Ziya Məmmədovun başı bəlalardan qurtulmaq bilmir. Öncə onun rəhbərlik etdiyi qurumun tabeliyində olan bir çox müəssisələr sərbəst fəaliyyət göstərmək statusu qazandı, sonra isə ailəyə məxsus olan bank və sığorta şirkətləri bağlandı.

Oğul Anar Məmmədovun da xeyli vaxtdır ki, xarici ölkələrdən birində yaşadığı deyilir və Azərbaycana dönmək fikri olmadığı haqda informasiyalar yayılıb./aztoday/
306 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 09:10
40 dərdin dərmanı