Şrift ölçüsü:
A+
A
A-
Kr
22 İyun 2016

“Həkim dedi, işıq idarəsinə zəng elə, bizlik deyil”

Tibb bacısına dedim ki, bu uşaq qusur. Uşaqlar öləcək.

Bu sözləri Salyan Rayon Mərkəzi Xəstəxanasında elektrik enerjisinin kəsilməsi ucbatından ölən iki körpənin nənəsi Şəlalə Abdullayeva deyib. O, hadisədə həkimləri günahlandırıb:

“Dedi ki, get, işıq idarəsinə zəng elə, bizlik deyil. Mən gecə vaxtı işıq idarəsinin nömrəsini haradan tapım axı. Bəs işıq yoxdursa, xəstəxanada generator niyə yoxdur?”

Hansı tərəfin haqlı olub-olmadığı rayon prokurorluğunda aparılan araşdırmalardan sonra məlum olacaq.

Fakta bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, ölümün səbəblərinin müəyyən edilməsi məqsədilə məhkəmə-tibbi ekspertizaları təyin edilib.

Xatırladaq ki, dünən Salyan Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsində Salyan şəhər sakini, 21 yaşlı Mirzabitə Abdullayeva üçəm körpə dünyaya gətirib. Yaxınlarının dediyinə görə, doğuşdan 30 dəqiqə sonra xəstəxananın işıqları sönüb və üçəm uşaqlardan ikisi oksigen çatışmazlığından küveyzdə boğularaq ölüb./Region TV/
344 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 09:1